• $
  • €
  • ₽
  • ₺
  • £

“Yəhər görməyən at kimiyəm...” - Saakaşvili

“Yəhər görməyən at kimiyəm...” - Saakaşvili
15.07.2014 23:18
“Mən həmişə müstəqil adam olmuşam. Məni nəzarətdə saxlamaq mümkün deyil”. 
ANN.Az xəbər verir ki, bunu virtualaz.org saytına eksklüziv açıqlamasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. O, ABŞ kəşfiyyatı ilə sıx əlaqələrdə ittiham olunmasına belə münasibət bildirib.
M.Saakaşvili deyib ki, onun başının üstündə heç vaxt rəis-müdir olmayıb: “Mən ABŞ-da tamamilə azad adam, müstəqil bir hüquqşünas olmuşam. Sonra deputat seçilmişəm. Bəli, mən çox qısa müddət nazir olmuşam (ədliyyə naziri-red.), amma həddən artıq azad, öz mövqeyi olan bir nazir olmuşam. Sonra isə Tiflis şəhərinin özünüidarə sisteminə rəhbərlik etmişəm. Adından da göründüyü kimi, burada da müstəqil olmuşam, özüm idarə etmişəm, idarə olunmamışam. Nəhayət, gürcü müxalifətinin lideri olmuşam, daha sonra prezident seçilmişəm. Ona görə də kiminsə məni yanına çağırıb göstəriş verməyini özlüyümdə heç cürə təsəvvür edə bilmirəm. Belə şey necə ola bilər - bunu da təsəvvür eləyə bilmirəm. Belə deyim də, mən bir növ beli yəhər görməyən at kimiyəm. Xaraktercə elə adamam ki, heç bir ölkənin xüsusi xidmət orqanı mənə etibar etməz. Çünki dilimi dinc qoya bilmirəm. Mən nə sirr saxlaya bilmirəm, nə də sirləri sevmirəm”.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol