• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllim tələbə qızı zorladı, həbs edildi

Müəllim tələbə qızı zorladı, həbs edildi
15.07.2014 20:22

Türkiyədə tələbə müəllimi tərəfindən cinsi təcavüzə məruz qalıb. Lent.az-ın habertürk-ə istinadən məlumatına görə, Ərzurumdakı Atatürk Universitetinin Sənətlər Fakültəsinin bölmə müdiri işləyən dosent A.A barəsində keçmiş tələbəsi S.T polisə müraciət edib. 27 yaşlı qız polisə verdiyi şikayət ərizəsində qeyd edib ki, o müəllimi tərəfindən cinsi zorakılığa məruz qalıb: “Mən ali lisenziya almaq üçün keçmiş müəllimimə müraciət etdim. O isə bu məsələni müzakirə etmək üçün məni bağına dəvət etdi. Mən ağacları suladığım zaman o mənə yaxınlaşaraq, öpməyə başladı. Daha sonra isə o, mənə qarşı zorakılıq etməyə başladı və qeyri-təbii yolla cinsi əlaqəyə məcbur etdi”.

 

Zorakılığa məruz qalan gənc qız qeyd edib ki, yuxarıda qeyd edilən hadisədən sonra yenidən müəlliminə müraciət edib, bildirdiyinə görə, lisenziya məsələsi onun üçün çox vacib imiş və lisenziyanı mütləq almalı imiş. Növbəti dəfə də dosentə müraciət etdikdə, müəllimi məsələni müzakirə etmək üçün onu yenidən bağına çağırıb: “Düşündüm ki, Ramazan ayı olduğuna görə, daha mənə təcavüz etməz. Lakin o, yenə də həmin hərəkətləri etdi. Mən də dəlil olaraq, paltarlarımı götürüb polisə gəldim”.

 

Keçmiş tələbəsini zorlamaqda ittiham olunan dosent isə polisə verdiyi izahatda ittihamları qəbul etməyib. Universitet əməkdaşı bildirib ki, həmin qızın lisenziya məsələsi düzəlmədiyi üçün belə bir ittiham irəli sürüb.

 

Qeyd edək ki, müəllim məhkəmənin qərarı ilə həbs edilib.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol