Bu ölkədə koronavirus qalmayıb

eni Zelandiya hökuməti ölkədə bütün koronavirus xəstələrinin sağaldığını açıqlayıb. "Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Nazir Casinda Ardern mətbuat konfransında açıqlama verib.
Həmçinin Baş Nazir ölkənin COVID-19 tədbirləri və həyata keçiriləcək "1-ci səviyyəli tədbirlər” barədə də məlumat verib. Ölkədə aktiv koronavirus xəstələrinin olmaması səbəbindən COVID-19 tədbirlərinin "1-ci səviyyəyə” endirilməsi vaxtının gəldiyini bildirən Ardern "İş yerlərinizdə səviyyəli tədbirlər altında işləmək istəyirsinizsə, buna indidən başlaya bilərsiniz”,- deyə sözlərinə əlavə edib.
www.anews.az
























