2 tonluq buğanı 60 minə satdı

Türkiyənin Artvin vilayətində fermer 2 tonluq buğasını 60 min lirəyə (14.922 manat) satışa çıxarıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yusufeli qəsəbəsində heyvandarlıqla məşğul olan Abdullah Dayanç buğasını 2 tona çatdırdıqdan sonra satmağa qərar verib. 7 nəfərin köməyi ilə çətinliklə "Ərtuğrul” adlı buğa tövlədən çıxarılaraq yük maşınına mindirilib. Heyvan bazarına aparılan buğa Kənan Küçük tərəfindən 60 min lirəyə alınıb.
www.anews.az
























