• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən şəxs axtarışa verildi

Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən şəxs axtarışa verildi
15.06.2020 16:00
Ötən cümə günü gecə saatlarında Rusiyanın Volqoqrad  vilayətinin Voroşilovsk rayonunda tələbə yataqxanalarının birinin yaxınlığında azərbaycanlı tələbə Timur Qavrilov qətlə yetirilib. "Qafqazinfo” bildirir ki, bu barədə "Bloknot Volqoqrada” nəşri xəbər verib.

"СоцИнформБюро” informasiya agentliyi yazır ki, qətlə yetirilən şəxs birinci kurs tələbəsi olub. Gənc Azərbaycandan Volqoqrada Tibb Universitetində təhsil almaq üçün gəlibmiş. İstintaq zamanı məlum olub ki, həmin gün oğlan şəhərin Mərkəzi rayonunda dostunun evinə gedib və gecə saatlarında yaşadığı yataqxanaya yollanıb. Raboçe-Krestyansk küçəsində tələbəyə naməlum şəxs hücum edib. O, ona çoxsaylı bıçaq zərbələri endirib, nəticədə 17 yaşlı Timur hadisə yerində həyatını itirib. Qatil həmin ərazidə quraşdırılmış videomüşahidə kameralarına düşüb, hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.  


Regional İstintaq Komitəsinin Mətbuat Xidmətinin məlumatına görə, artıq cinayət işi qaldırılıb. Onu ən təcrübəli müstəntiqlər araşdırır.

"Novosti Volqoqrada” yazır ki, oğlan nümunəvi davranışı və təvazökar xarakteri ilə fərqlənirdi. Gənc bir il əvvəl tələbə mübadiləsi proqramı üzrə Bakıdan Volqoqrad şəhərinə gəlmiş və Stomatologiya fakültəsində birinci kursu müvəffəqiyyətlə bitirmişdi.

Qeyd edilir ki, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Azərbaycan vətəndaşının amansız qətli ilə bağlı cinayət işinin açılmasında kömək edən vətəndaşlara pul mükafatının ayrılmasına dair qərar qəbul edib. Bu məqsədlə 1 milyon rubl ayrılacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol