İran Azərbaycana təşəkkür etdi

İran İslam Respublikası koronavirus dövründə etdiyi köməklik və əməkdaşlıqlara görə, Azərbaycana təşəkkür edib.
İranın Bakıdakı səfirliyindən verilən məlumata görə, bunu İranın energetika naziri Rza Ərdəkanian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə telefon söhbətində deyib.
R.Ərdəkanianın sözlərinə görə, Azərbaycan koronavirusla mübarizə ilə əlaqədar maliyyə yardımı edib və koronavirus dövründə İran vətəndaşlarının Azərbaycandan ölkələrinə göndərilməsi və İranın tranzit yük maşınlarının Azərbaycan ərazisindən istifadə etməsinə imkan yaradıb.
www.anews.az
























