Gürcüstanda koronavirusa yoluxanların sayı 900-ə çatır

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb.
Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 893 nəfərə çatıb.
Gürcüstanda koronavirus səbəbi ilə 2710 nəfər karantində saxlanılır, 267 nəfər isə stasionar şəraitdə müalicə olunur. Xəstəliyə yoluxanlardan 731 nəfər sağalıb, 14 nəfər isə vəfat edib.
www.anews.az
























