Toyda iştirak edən 250 nəfər KARANTİNƏ ALINDI

Özbəkistanda qırmızı zonaya daxil olan, müxtəlif şənliklərin keçirilməsinin qadağan olunduğu Surxandərya vilayətində sanitar-gigiyena normalarına əməl edilmədən keçirilən toyda iştirak edən 250 nəfərin hamısı karantinə alınıb.
Publika.az vilayət hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu yaxınlarda ölkədə yaşıl və sarı zonalara toy və digər ailə şənliklərinin keçirilməsinə icazə verilib, ancaq bu məclislərdə 30-dan artıq adam olmamalıdır.
Bildirilib ki, hazırda vilayətdə karantində 4118 nəfər var.
www.anews.az
























