İsraildə koronavirusa yoluxanların sayı 20,2 mini ötdü

İsraildə son sutkada 4 372 yoluxma faktı qeydə alınıb.
Bildirilib ki, eyni dövr ərzində 1 nəfər ölüb. Bununla da yoluxanların sayı 20 243 nəfərə, qurbanların sayı isə 304-ə yüksəlib.
Koronavirusdan 15 567 pasiyent sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
www.anews.az
























