• $
  • €
  • ₽
  • ₺
  • £

Tsarukyan ona qarşı baş verənləri “terror” adlandırdı

Tsarukyan ona qarşı baş verənləri “terror” adlandırdı
19.06.2020 22:00
"Səhv qərar qəbul edənlər buna görə cavab verəcəklər, hamı qanun qarşısında bərabərdir”.

Bunu "Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan deyib.

Tsarukyan əlavə edib ki, indiyədək dediyi sözün sahibidir: "Dediklərimin heç biri öz xeyrim və maraqlarım üçün deyil. Təzyiqə baxmayaraq, sözümü tuturam. Hər halda ədalət qalib gələcək. Düzgün olmayan qərar qəbul edənlər bunun cavabını verəcəklər. Ancaq bu, uydurma bir işdir".

Onun sözlərinə görə, barəsindəki iki işə 120 müstəntiq cəlb olunub və partiya sədri bunun bir terror olduğunu vurğulayıb.

Tsarukyan əlavə edib ki, Paşinyanı tənqid edən açıqlamasına qədər barəsində hər hansı bir istintaq hərəkəti olmayıb. O, hakimiyyətin verdiyi sözlərə əməl etmədiyini və ölkənin uçurumun kənarında olduğunu vurğulayıb.

Qeyd edək ki, Tsarukyan 2017-ci il parlament seçkiləri zamanı seçicilərə rüşvət verməkdə ittiham olunur. O özü bu ittihamı qəbul etmir və uydurma hesab edir.

Azvision.az xatırladır ki, iyunun 16-da Ermənistan parlamenti Tsarukyanı parlament toxunulmazlığından məhrum edib və barəsində cinayət təqibinin başladılmasına razılıq verib. Səsvermədə yalnız hakim "Mənim addımım" blokunun üzvləri iştirak edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol