Ermənistanda son sutka ərzində 665 nəfərə koronavirus diaqnozu qoyulub.
Anews.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 19 min 157 olub.
Ölənlərin sayı isə 10 nəfər artaraq 319-a çatıb. Bu günə qədər 8 min 266 nəfər xəstəlikdən sağalıb.Hazırda ölkədə 10 min 572 aktiv koronavirus xəstəsi var.