• $
  • €
  • ₽
  • ₺
  • £

Seperatçılar azərbaycanlının cinsiyyət orqanını kəsərək öldürdü - Ukraynada Şok

Seperatçılar azərbaycanlının cinsiyyət orqanını kəsərək öldürdü - Ukraynada Şok
29.05.2020 05:49

Ukraynanın Donetsk vilayəti ilə Luqansk vilayətinin sərhədində bir azərbaycanlı hökumət əleyhinə olan silahlılar tərəfindən işgəncə ilə öldürülüb 

Luqansk vilayəti üzrə azərbaycanlıların diaspor rəhbəri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, 1983-cü il təvəllüdlü, Azərbaycan vətəndaşı Mansurov Azər sərhəd Snejnoye şəhərində silahlılar tərəfindən girov götürülərək, işgəncə ilə öldürülüb. Onun müxtəlif bədən üzvləri, o cümlədən cinsiyyət orqanı kəsilərək öldürülüb.

 

Diaspor rəhbəri hadisənin təfərrüatını da danışıb: “Onun həmin şəhərdə bacanağı da yaşayır və bir neçə ticarət obyekti ilə yanaşı avtoyuma məntəqəsinin də sahibidir. Bacanağı baş verən hadisələrlə əlaqədar ailəsini Azərbaycana aparmaq üçün şəhəri tərk edəndə avtoyumaya nəzarət etməyi də Azərə tapşırıb. Azər də burda xeyli vaxtdır ki, bir rus qadınla qeyri-rəsmi nikahda yaşayırdı. Qohumları gedəndən sonra qadın Azərə təklif edib ki, basqınçılardan qorumaq üçün həmin obyekti onun, yaxud atasının adına keçirsin. Qadın bunu atasının hökumət əleyhinə olan silahlılar arasında nüfuzlu şəxs olması ilə izah edib. Azər isə obyektinin başqasına məxsus olduğunu əsas gətirərək, bundan imtina edib. Bu mübahisədən bir neçə gün sonra həmin qadının atası Azəri evinə qonaq çağırıb və silahlılarla birgə girov götürüb. Yaxınlıqdakı meşədə ona işgəncə verərək obyektlərin dəqiq siyahısını və sənədlərini tələb ediblər. O da imtina etdiyinə görə onu bərk döyərək bədəninin bəzi hissəsini, o cümlədən cinsiyyət orqanının kəsərək öldürüblər”.

 

R.Uğurluyev bildirib ki, onun meyiti Azərbaycanın Ukraynadakı səfirliyinin və bu ölkədəki azərbaycanlı iş adamlarının səyi nəticəsində silahlılardan alınaraq Azərbaycana göndərilib. A. Mansurov Tovuz rayonunda dəfn olunub: “Amma bu hadisədən sonra onun qohumlarının obyektləri də silahlılar tərəfindən qəsb olunub. İndi qohumları da Azərbaycandan Ukraynaya gələ bilmir”.

 

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında hadisə barədə məlumatlı olduğunu bildirib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol