İranın Fars vilayətinin Məhməleh bölgəsində 4,5 gücündə zəlzələ olub. Unikal.org xəbər verir ki, zəlzələ səhər saat 00:04 radələrində yerin 8 kilometr dərinliyində baş verib. Yeraltı təkan ətraf rayonlarda da hiss olunub. Ölən, yaralanan və dağıntılar haqqında hələlik məlumat yoxdur. www.anews.az