• $
  • €
  • ₽
  • ₺
  • £

Donetskdə silahlılar bir azərbaycanlı ailəni girov götürdü

Donetskdə silahlılar bir azərbaycanlı ailəni girov götürdü
10.07.2014 15:45
Ukraynanın Donetsk vilayətində hökumət əleyhinə olan silahlılar bir azərbaycanlı ailənin 4 üzvünü girov götürüblər.Bu barədə APA-ya girov götürülənlərin qardaşı, Ukrayna vətəndaşı olan azərbaycanlı iş adamı Ramiz Qasımov məlumat verib. O qeyd edib ki, Donetsk vilayətinin Snejnoye şəhərində əvvəlcə böyük qardaşı Rövşən Qasımov həyat yoldaşı və oğlu, daha sonra isə digər qardaşının oğlu, 18 yaşlı Elvin Rasim oğlu Qasımov girov götürülüb: “Ukrayna güc strukturlarının köməkliyi ilə qardaşım Rövşəni və ailəsini azad edə bildik. Onları döymüşdülər. Digər qardaşımın oğlu Elvin isə hələ də girovluqdadır. Onun başına gələnlər barədə məlumatsızıq. Silahlılar bizə heç bir tələb də göndərmirlər”. R. Qasımov bildirib ki, onlar Donetskdə fermer kimi fəaliyyət göstərirlər. Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, hadisə ilə bağlı onlara məlumat daxil olduğunu bildirib: “Ailədən Ramiz Qasımov özü mənə də zəng elədi. Hazırkı vəziyyəti öyrəndim. Hazırda Daxili İşlər Nazirliyinin səfirliyimizdəki nümayəndəsi bu barədə təlimatlandırılıb və yerli güc strukturları ilə birgə Elvin Qasımovun azad edilməsi ilə məşğul olur. Lazımı tədbirləri həyata keçiririk və ailə ilə mütəmadi əlaqə saxlayırıq”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol