• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Konstitusiyasına dəyişikliklər qüvvəyə minib

Rusiya Konstitusiyasına dəyişikliklər qüvvəyə minib
04.07.2020 09:28
Rusiya Federasiyasının Konstitusiyasına edilən dəyişikliklər, Prezident Vladimir Putinin ötən cümə günü imzalanan fərmanının mətninə əsasən, 4 iyulda  qüvvəyə minib.

Anews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, Konstitusiyanın mətni referendum nəticəsində qəbul edilmiş dəyişikliklə bu gün rəsmi internet portalında dərc edilib.

"12 dekabr 1993-cü ildə xalq səsverməsi ilə qəbul edildi, 1 iyul 2020-ci ildə keçirilən səsvermə zamanı dəyişikliklər təsdiq edildi”,- sənəddə deyilir.

Qeyd edək ki, Rusiya Konstitusiyasına dəyişikliklər haqqında qanun martın 11-də Dövlət Duması tərəfindən qəbul edilib və eyni gündə Federasiya Şurası tərəfindən təsdiq edilib. Sonra sənəd Rusiya Federasiyasının bütün subyektlərinin qanunvericilik məclisləri tərəfindən dəstəklənib. Qanun düzəlişlərin yalnız vətəndaşlar tərəfindən dəstəklənəcəyi təqdirdə qüvvəyə minəcəyini açıq şəkildə ifadə edib və bunu Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib.
Dəyişikliklərə dair  iyunun 25-də başlayan ümumxalq səsverməsi iyulun 1-dək davam edib. MSK-nın məlumatına görə, dəyişiklikləri səs verənlərin 77,92% -i dəstəkləyib, 21,27% -i əleyhinə səs verib, ölkədə ümumi səsvermə 67,97% təşkil edib.

Təklif olunan düzəlişlərin arasında Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilikdən üstünlüyü, dövlətin ildə ən azı bir dəfə pensiyaların indeksləşdirilməsi öhdəliyi, tanrıdan və dövləti formalaşdıran rus xalqından bəhs edilən düzəlişlər, həmçinin hazırkı prezidentin növbəti müddətə yenidən seçilmək hüququ yer alıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol