Bir səhvə görə 19 futbolçu koronavirusa yoluxdu

Futbol üzrə Bolqarıstanın I liqasında koronvirusa kütləvi yoluxma baş verib.
Hadisəyə laboratoriya səhvi səbəb olub. İki komanda arasındakı oyundan öncə "Tsarsko Selo"nun müdafiəçisi Martin Kavdanski virusa yoluxsa da, analizin nəticəsi mənfi çıxıb.
Matça start heyətdə başlayan oyunçu 3-ü komanda yoldaşı olmaqla, 19 nəfəri virusa yoluxdurub.
www.anews.az
























