"Qasım Süleymaninin qisası ağır olacaq" - İrandan ABŞ-a

İran ABŞ-ın Bağdada hücumu nəticəsində öldürülən Qasım Süleymaninin qisasının daha ağır olacağını bildirib.
Yeniavaz.com "Sözcü”yə istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şemhani öz açıqlamasında ifadə edib. Onların ölümündə ABŞ prezidentini günahkar bilən şura katibi, İran və İraq xalqının Süleymani və əl-Mühəndisinin intiqamını alacağını deyib.
İran dini lideri Ayətullah Əli Xomeyni də İraqın baş naziri Mustafa əl-Kazımi ilə görüşərkən onların qisasının alınacağını bildirib.
www.anews.az
























