Ermənistanda koronavirusdan ölənlərin sayı 700-ə çatıb

Ermənistanda daha 451 nəfərdə koronavirus aşkarlanıb.
Anews.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 36 613-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 692-yə çatıb. İndiyədək 25 734 nəfər infeksiyadan sağalıb.
www.anews.az
























