• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp ABŞ üçün “qızıl dövr” olacağına söz verdi

Tramp ABŞ üçün “qızıl dövr” olacağına söz verdi
28.07.2020 19:00
ABŞ Prezidenti Donald Tramp tezliklə koronavirus pandemiyası üzərində qələbə qazanacaqlarına və ölkə üçün "qızıl dövrün” başlayacağına söz verib.
"Report” xəbər verir ki, D.Tramp bu barədə "Twitter” səhifəsində yazıb.

O həmçinin ABŞ KİV-ini ölkədəki etirazları işıqlandırarkən qeyri-obyektiv olmaqda günahlandırıb və iğtişaş törədənləri tənqid edib.

"Yalançı KİV Portlend və Sietldəki "etirazçıları” sadəcə gəzintiyə çıxan gözəl, xoş və günahsız insanlar kimi təsvir etməyə çalışır. Əslində isə onlar xəstə və ağılsız anarxistlər və təbliğatçılardır və hüquq-mühafizə orqanları tərəfindən asanlıqla idarə olunurlar. Lakin yuxulu Co Bayden – solçuların kuklası qalib gəlsəydi (prezident seçkilərində - red.) onlar şəhərlərimizi dağıdardı, bəlkə də daha pis olardı. Bazarlar dağılar, şəhərlərsə yanardı. Ölkəmiz heç vaxt olmadığı qədər zərər çəkərdi”, - ABŞ lideri yazıb.

"Tezliklə virusa qalib gələcəyik və qızıl dövrə - heç vaxt olmadığı qədər gözəl zamanlara keçəcəyik”, - D.Tramp fikrini yekunlaşdırıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol