Rəqibi Belarusu tərk edib

Belarusiya prezidentliyinə namizəd Svetlana Tixanovskayanın ölkəni tərk etdiyi bildirilib.
Qeyd edilir ki, Belarusda artıq ikinci gündür ki, avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrindən narazı qalan etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında küçə toqquşmaları davam edir.
www.anews.az
Anews.az xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər naziri Linas Linkyaviçyus öz "Twitter" hesabında məlumat verib.
Onun sözlərinə görə, siyasətçi Litvada təqiblərdən gizlənir. Onun indi təhlükəsizlikdə olduğu bildirilib.