Ermənistanda koronavirusa yoluxanların sayı 41 mini keçib

Ermənistanda daha 229 nəfərdə koronavirus aşkarlanıb.
Anews.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 023-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 809-a çatıb. İndiyədək 33 897 nəfər infeksiyadan sağalıb.
www.anews.az
























