• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından danışıb

İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından danışıb
14.08.2020 16:14
İsrail mediası bu ölkədə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudinin Tel-Əviv Yafoda müstəqil Azərbaycan dövlətinə dəstək və Ermənistanın təcavüzünə etiraz məqsədilə keçirdiyi 9 avqust 2020-ci il tarixli aksiyasını işıqlandırmaqda davam edir.

Anews.az xəbər verir ki, İsrailin ILTV beynəlxalq telekanalının "İsrail xəbərləri” proqramında yayımlanan süjetində, "The Jewish Press” informasiya agentliyinin "İsraildə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib” başlıqlı xəbərində bildirilib ki, 600 nəfərə yaxın Azərbaycan mənşəli yəhudi şəhər boyunca yürüşdən sonra erməni mədəniyyət mərkəzinin və erməni kilsəsinin önündə nümayişə toplaşıb. 

Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədini artilleriya atəşinə tutması, 12 hərbi qulluqçunun və 76 yaşlı mülki şəxsin həlak olması xəbərindən hiddətləndiklərini bildiriblər. Onlar Ermənistanın Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu uzun illərdir işğalda saxlamasına kəskin etirazlarını ifadə ediblər.

Tədbirdə ravvin Şmuel Siman Tov, siyasi analitik Arye Qut, "İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli və başqalarının çıxış etdikləri, İsrailin mültikulturalizmin, tolerantlığın hökm sürdüyü Azərbaycanla həmrəy olduğunu bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdıqları vurğulanıb. Onlar faşist əlaltısı olan Qaregin Njde kimilərinə heykəl ucaltmaqla Holokost qurbanlarının xatirəsini təhqir edən Ermənistanın iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə bilməyəcəyini bəyan ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yəhudi əsilli azərbaycanlıların da həlak olduğu faktını xatırladan natiqlər Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun Ermənistanın işğalından azad edilməsini, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz tarixi torpaqlarına qaytarılmasını tələb ediblər.

Qeyd edilib ki, ILTV beynəlxalq telekanalının "İsrail xəbərləri” proqramının 13.33-cü dəqiqəsindən başlayaraq göstərilən süjetdə Tel-Əviv Yafoda keçirilmiş aksiya, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatları barədə ətraflı məlumat verilib, eləcə də Tovuz rayon sakinlərinin fikirlərinə yer verilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol