Bu ölkədə seçkilər koronavirusa görə ləğv edilib

Yeni Zelandiya hökuməti Oklend şəhərində koronavirus infeksiyasına yoluxma hallarının gözlənilmədən artması səbəbindən parlament seçkilərini bir ay təxirə salmaq qərarına gəlib.
Anews.az "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Casinda Ardern mətbuat konfransında bildirib.
Qeyd edilib ki, Yeni Zelandiyada seçkilər əvvəlcə sentyabrın 19-na təyin edilmişdi. Ölkə qanunu seçkilərin 21 noyabr tarixinə qədər keçirilməsini tələb edir.
Xatırladılır ki, Yeni Zelandiyada COVID-19-a görə tətbiq edilən fövqəladə vəziyyət rejimi aprelin 28-də başa çatmışdı.
Avqustun 11-də Oklenddə bir ailənin dörd üzvündə koronavirus aşkarlanıb. Bu, son 102 gündə ölkədə qeydə alınan ilk yerli yoluxma halı olub.
www.anews.az
























