Tramp Çinlə danışıqları təxirə saldı

ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət danışıqlarını təxirə salıb.
ABŞ və Çinin nümayəndələrinin avqustun 22-də "ticarət sazişi”nin birinci mərhələsinin icrasını müzakirə edəcəyi ehtimal olunurdu.
www.anews.az
Yenisabah.az xəbər verir ki, bu barədə o, jurnalistlərə müsahibəsində deyib:
"Çinlə danışıqları təxirə saldım. Onların bu ölkə və dünyaya etdiklərini nəzərə alaraq, indi onlarla iş qurmaq istəmirəm”.
Danışıqların nə zaman baş tutacağı sualına isə Tramp "baxarıq” deyə cavab verib.
www.anews.az
























