Lukaşenko ordunu döyüş hazırlığı vəziyyətinə gətirib

Belarus ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib. Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, döyüş hazırlığı çərçivəsində "An-26 50 SAB”, "Yak-130 116 ShAB”, "Su-30SM 61 IAB” qırıcı təyyarələrinin planlı uçuşları həyata keçiriləcək.
Pilotlar cüt halda havaya qalxacaq təyyarələrdə birgə hərəkət edəcəklər. Bundan əlavə, 19-cu və 120-ci mexanikləşdirilmiş briqadaların zenit-raket artilleriya batalyonları "Tunguska” zenit-raket və top sistemlərindən atəş açmağa və "İgla” portativ hava hücumundan müdafiə sistemlərini işə salmağa hazırlaşırlar.
www.anews.az
























