Navalnıy zəhərlənib, vəziyyəti ağırdır

Rusiyada müxalifət lideri Aleksey Navalnıy xəstəxanaya yerləşdirilib.
"Qafqazinfo”nun rus KİV-nə istinadən verdiyi xəbərə görə, Navalnıyın uçduğu Moskvadan Tomsk şəhərinə gedən təyyarə onun zəhərlənməsi səbəbindən təcili Omsk şəhərinə enib. Bu barədə Navalnıyın mətbuat katibi Kira Yarmış öz tvitter səhifəsində açıqlama verib.
Yarmış müxalifət liderinin zəhərləndiyini iddia edir. Onun sözlərinə görə, A. Navalnıy səhər saatlarında ancaq bir stəkan çay içib.
www.anews.az
























