Komada olan rusiyalı müxalifətçi Navalnı Almaniyaya göndərilir

Koma vəziyyətində olan rusiyalı müxalifətçi Aleksey Navalnının Rusiyanın Omsk şəhərindən paytaxt Berlinə daşınması üçün Almaniyadan xüsusi tibbi təyyarə göndərilib.
Anews.az xarici KIV-ə istinadən xəbər verir ki, təyyarə gecəyarı Nürnberq şəhərindən yola düşüb.
A.Navalnının Berlinin "Şarite” klinikasına yerləşdiriləcəyi bildirilir.
www.anews.az
























