Gürcüstanda son sutkada koronavirusa 15 yeni yoluxma halı aşkarlanıb

Gürcüstanda son sutkada koronavirusa 15 yeni yoluxma halı təsdiqlənib, 20 pasiyent sağalıb.
Anews.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 385-ə, sağalanların sayı isə 1 128-ə çatıb. Xəstəlikdən 17 nəfər dünyasını dəyişib. 232 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
www.anews.az
























