Navalnıyın analizlərində heç bir zəhər aşkarlanmayıb

Həkimlər rus müxalif siyasətçi Aleksey Navalnıyın analizlərində heç bir zəhər tapmayıb.
Anews.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Omsk şəhərinin 1 nömrəli təcili yardım xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib.
Kaliniçenko Omsk həkimlərinin və Moskvadakı həmkarlarının köməyi ilə Navalnıya diaqnoz qoya bildiklərini, ancaq bunu açıqlaya bilməyəcəklərini qeyd edib:
"Müalicə nəticəsində tam bir diaqnoz qoyduq. Təəssüf ki, bunu sizə deyə bilmərəm, ancaq həyat yoldaşının və qardaşının diqqətinə çatdırılıb”.
www.anews.az
























