Vladislav Krapivin vəfat etdi

Məşhur sovet və rus uşaq yazıçısı Vladislav Krapivin dünyasını dəyişib.
"Qafqazinfo”nun "İnterfaks”a istinadən verdiyi xəbərə görə, o, bu gün səhər saatlarında 82 yaşında Yekaterinburqun Sverdlovsk vilayətində klinikalardan birində dünyasını dəyişib. Bildirilir ki, Krapivin avqustun 10-da pnevmoniyaya görə klinikaya yerləşdirilib, 2 gün sonra əməliyyat olunub. Bu gün isə vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.
www.anews.az
























