Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 20 yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6185 nəfər karantində saxlanılır, 215 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1279 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.
www.anews.az
























