Almaniyada bir evdən 5 uşaq cəsədi tapılıb

Almaniyanın Solingen şəhərindəki bir evdə 1 və 8 yaş arasında 5 uşaq cəsədi tapılıb.
Anews.az "Hürriyet”ə istinadən xəbər verir ki, müraciət əsasında bir ailənin qaldığı evə gedən polis 5 uşaq cəsədi ilə qarşılaşıb. Uşaqların 1, 2, 3, 6 və 8 yaşları olduğu bildirilib.
Qısa müddət sonra uşaqların anası Düsseldorfdakı "S 1” metro qatarı qarşısında özünü relslərə ataraq intihara cəhd edib və ağır yaralanıb. Qadının hazırda polis qoruması altında olduğu bildirilib.
www.anews.az
























