Ermənistanda COVID-19-dan ölənlərin sayı 890-ı keçdi

Ermənistanda daha 190 nəfərdə koronavirus aşkarlanıb.
"Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 461-ə yüksəlib.
Ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 891-ə çatıb. İndiyədək 39 257 nəfər infeksiyadan sağalıb.
www.anews.az
























