Belarusda etiraz aksiyasına qoşulan azərbaycanlı itkin düşdü

Belarusun Brestskaya şəhərində yaşayan, yerli vətəndaş, əslən Azərbaycanın Astara rayonundan olan, 1986-cı il təvəllüdlü Baxışov David Baxışəli oğlu Minskdəki etiraz aksiyalarında yoxa çıxıb.
Anews.az-ın məlumatına görə, D. Baxışov etirazların ilk günündən Minskə gedərək 0aksiyalara qoşulub.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçki məntəqələri bağlandıqdan sonra respublikada nəticələrin saxtalaşdırılmasına qarşı icazəsiz etirazlar başlayıb. Etiraz aksiyaları zamanı polis və daxili qoşunlar nümayişçilərə qarşı gözyaşardıcı qaz, səsli qumbara və rezin güllələrdən istifadə edir.
www.anews.az
























