• $
  • €
  • ₽
  • ₺
  • £

Kaliforniyada fövqəladə vəziyyət rejimi elan edildi

Kaliforniyada fövqəladə vəziyyət rejimi elan edildi
07.09.2020 22:30
Kaliforniya qubernatoru Qevin Nyusom meşə yanğınları səbəbilə ABŞ-ın bu ştatının beş dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.

Anews.az TASS-a istinadən xəbər verir ki, bu barədə qubernatorun saytında dərc olunan bəyanatda deyilir.

"Yanğınlar səbəbi ilə on min akr ərazi yanıb, evlər məhv olub, minlərlə sakin evakuasiya edilib”, - Q.Nyusom bildirib.

Fövqəladə vəziyyət rejimi Kaliforniyanın mərkəzi hissəsindəki Fresno, Madera və Mariposa dairələrində, eləcə də ştatın cənubundakı San-Bernardino və San-Dieqo dairələrində tətbiq olunur. Kaliforniyada ümumilikdə 58 dairə var.

Qeyd edək ki, ştat başçısı anomal istilər, eləcə də digər dairələr yanğınlar olması səbəbindən avqustun 18-də artıq ştat səviyyəsində fövqəladə vəziyyət tətbiq etmişdi. Bu addım yerli hökumət orqanlarına bəzi əlavə fondlara çıxış əldə etməyə və yanğının nəticələrinin aradan qaldırılması zamanı daha çox mənbədən istifadə etməyə imkan verir. Bu hətta ABŞ Milli Qvardiyasının xilasetmə və ya bərpa işlərinə cəlb olunmasını da mümkün edir. Bundan əlavə, dairə səlahiyyətliləri yanğınlar səbəbilə zəruri olan qida məhsullarını sadələşdirilmiş sxemlə ala bilərlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol