Çilidə güclü zəlzələ olub

Çilidə 6,3 bal gücündə zəlzələ olub.
Ölənlər və dağıntılar barədə hələlik məlumat verilməyib.
www.anews.az
Anews.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Seysmologiya Mərkəzi yayıb.
Yeraltı təkanlar yerli vaxt ilə saat 04:35-də (Bakı vaxtı ilə 11:35-də) baş verib. Zəlzələnin episentri Tokopilya əyalətinin Kilaqua yaşayış məntəqəsindən 50 km şimal-qərbində yerləşib.
Zəlzələnin ocağı 54,2 km dərinlikdə olub.
www.anews.az
























