Ermənistanda koronavirusa yoluxanların sayı 46 671-ə yüksəlib

Ermənistanda daha 295 nəfərdə koronavirus aşkarlanıb.
"Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 46 671-ə yüksəlib.
Hazırda Ermənistanda 3 232 aktiv koronavirus xəstəsi var.
www.anews.az
























