• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail təkrar karantin tətbiq edən ilk inkişaf etmiş ölkə oldu

İsrail təkrar karantin tətbiq edən ilk inkişaf etmiş ölkə oldu
18.09.2020 17:30
Daha əvvəl baş nazir Benyamin Netanyahunun açıqladığı kimi, İsraildə COVID-19-a yoluxmaların artması ilə bağlı bu gündən üç həftə müddətinə ölkədə karantin rejimi tətbiq olunur.

Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, yəhudi Yeni ilinin (Roş Haşanah) qeyd olunduğu və Müqəddəs Tətilin başladığı bu gündən etibarən ali və orta məktəblər, habelə mehmanxanalar, ticarət və iaşə müəssisələri bağlanır.

Bununla yanaşı, hər kəs evdən bir kilometr məsafə içərisində yerləşən istirahət yerlərinə, daha artıq məsafəyə isə yalnız işə, ərzaq və dərman almağa, ağır vəziyyətə düşənlərə kömək üçün uzaqlaşa bilər.

Qonaq getmək, dəniz qırağına getmək, qapalı məkanlarda 10 nəfərdən, açıq havada 20 nəfərdən artıq toplaşmaq qadağandır. İctimai nəqliyyatın fəaliyyətinə də ixtisar gətirilir.

Bu məhdudiyyətlərin bayram günlərində əhalinin izdiham halında cəmləşərək COVID-19 virusunun daha da yayılmasına rəvac verməsinin qarşısını almaq məqsədilə tətbiq edildiyi bildirilir. Belə ki, son vaxtlar 9 milyon əhalisi olan İsrail adambaşına gündəlik yoluxma hallarının sayına görə liderlər sırasına yüksəlib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol