Livanda növbəti partlayış olub

Livanın cənubunda yerləşən Ayn Kana yaşayış məntəqəsində partlayış olub.
Anews.az İsrail KİV-inə istinadən xəbər verir ki, hadisə sentyabrın 22-də saat 15 radələrində qeydə alınıb.
Ölən, xəsarət alan və ziyan barədə məlumat yayılmayıb.
www.anews.az
























