Avropa İttifaqı Gürcüstana 129 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) COVID-19 pandemiyasına qarşı mübarizə və onun ölkə iqtisadiyyatına təsirlərinin öhdəsindən gəlmək üçün Gürcüstana 129 milyon avro məbləğində maliyyə yardım ayırıb.
Anews.az xəbər verir ki, bununla bağlı Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varheyli və Gürcüstanın baş naziri Giorgi Qaxaria arasında iki maliyyə sazişi imzalanıb.
www.anews.az
























