Gürcüstanda daha 326 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada daha 326 nəfərdə koronavirus aşkarlanıb.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 6 192-yə çatıb. Onların 2 324-ü sağalıb, 36-sı isə vəfat edib.
www.anews.az
























