ABŞ-da Respublikaçı senatorlar koronavirusa yoluxdu

ABŞ-da Respublikaçı senator Tom Tillis (Şimali Karolinadan - Red) bəyan edib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
Anews.az xəbər verir ki, bu barədə Tom özünün "Twitter” səshifəsində yazıb.
"Həkimin tövsiyələrini yerinə yetirirəm. Xoşbəxtlikdən əlamətlərim yoxdur, özümü yaxşı hiss edirəm” deyə o, sosial şəbəkə hesabında yazıb.
Digər, Respublikaçı senator Mayk Li də (Yuta ştatı - Red) koronavirusa yoluxduğunu bildirib. "CNN”-in verdiyi məlumata görə, hər iki senator keçən şənbə günü Ağ Evdə ABŞ Prezidenti Donald Trampla birgə tədbirdə olub.
www.anews.az
























