NATO-nun baş katibi Ankaraya gəlir

Oktyabrın 5-də NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.
Türkiyənin Xarici İşlər Nazirliyindən Anews.az-a verilən məlumata görə Y.Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
Məlumata görə, NATO baş katibinin Türkiyənin Xarici İşlər naziri Mövlud Cavuşoğlu ilə də görüşü nəzərdə tutulub.
www.anews.az
























