Əfqanıstanda partlayış olub-Ölənlər var

Əfqanıstanın Nəngərhar əyalətində baş verən partlayış nəticəsində 13 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Anews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Tolo News” telekanalı məlumat yayıb.
Əyalət qubernatorunun sözçüsü Ataulla Xoqyaninin sözlərinə görə, bomba yüklü avtomobil gündüz saatlarında partlayıb. Avtomobil qubernatorun Qanixil rayonundakı iqamətgahı yaxınlığında partlayıb.
Əyalət Şurasının üzvü Obaydulla Şinvari ölənlərdən ən azı səkkizinin mülki şəxs olduğunu söyləyib.
www.anews.az
























