İranda müxalifətçinin atası intihar edib

İranda barəsində edam hökmü çıxarılmış müxalifətçi Əmirhüseyn Muradinin atası Məhəmməd Muradi intihar edib.
Məlumatı "Etemad News” yayıb.
Bildirilib ki, Məhəmməd Muradi edam hökmü barədə xəbərlə bağlı davamlı psixoloji təzyiqə dözməyib. Məhəmməd Muradinin anasının sözlərinə görə, əri həmişə oğlundan danışıb: "O deyirdi ki, yenidən Əmirhüseynlə bir masa arxasında oturmaq istərdi".
www.anews.az
























