Gürcüstanda daha 527 nəfər koronavirusa yoluxub, 6 pasiyent ölüb

Gürcüstanda son sutkada daha 527 nəfərə koronavirus diaqnozu qoyulub, 313 nəfər sağalıb, 6 pasiyent isə vəfat edib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırda karantində 5 574, tibbi nəzarətdə 836 nəfər saxlanılır. 1 338 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur.
www.anews.az
























