Çində COVID-19-un ikinci dalğasının olmamasının səbəbi izah edildi

COVID-19-un yayılmağa başladığı Çində gün ərzində qeydə alınan infeksiyaların sayı artıq cəmi onlarladır. RBK-nın məlumatına görə, rusiyalı mütəxəssislər ÇXR-də pandemiyanın ikinci dalğasının olmaması barədə öz fikirlərini bölüşüblər.
Rusiyada Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin viroloqu Anatoli Altşteyn bildirib ki, bu göstərici statistikanın manipulyasiyası ilə əlaqəli deyil:
"Minlərlə olsaydı, bunu bilərdik”, - deyə o bildirib.
Altşteyn Çin hökumətinin pandemiyanın qarşısını tez bir zamanda almağı bacardığını vurğulayıb.
RF Ali İqtisadiyyat Məktəbinin Sağlamlıq İqtisadiyyatı İnstitutunun direktoru Larisa Popoviç də bu müsbət göstəricinin əsas səbəblərindən biri kimi yüksək intizamı göstərib.
Popoviç həmçinin, immunitet sistemini gücləndirən ənənəvi tibbin Çində populyar olduğunu xatırladıb.
www.anews.az
























