• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Ukraynaya ordu yeritmək istəyinin səbəbini açıqladı

Putin Ukraynaya ordu yeritmək istəyinin səbəbini açıqladı
25.06.2014 09:49

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasından Ukraynaya ordu yeritməyə icazə verməsi üçün xahişinin Krım ətrafındakı hadisələrlə bağlı olduğunu bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Putin Vyanada mətbuat konfransında bildirib.   

 

“Mən Federasiya Şurasında belə bir məktub təqdim etmişdim. Mənim belə bir qərar verilməsinə dair xahişim Krımda o zaman baş verən hadisələrlə bağlı olub. Mən o zaman Silahlı Qüvvələrin istifadə olunmasını istisna etmirdim”, deyə Putin bildirib.

 

“Allaha şükürlər olsun ki, Silahlı Qüvvələrdən istifadə olunmadı. Biz hətta Rusiya Silahlı Qüvvələrin Krımda beynəlxalq müqavilə ilə nəzərdə tutulmuş sayını belə artırmadıq”, deyə Rusiya prezidenti qeyd edib.  

 

Putin əlavə edib ki, Rusiya Krımda keçirilmiş referendum zamanı əhalinin seçim azadlığının təmin olunması üçün ordu qüvvələrindən istifadə edib. “Biz bunu Ukrayna ordusunun əhalinin seçim prosesinə mane olmasının qarşısını almaq üçün etmişdik”, deyə o bildirib.   

 

Martın 1-də Rusiya Federasiya Şurası Putinin  ordunun Ukraynaya mümkün yeridilməsinə dair təklifini yekdilliklə dəstəkləyib.  

 

İyunun 24-də Putin Federasiya Şurasına Ukrayna ərazisinə ordu yeritməyə dair icazəni ləğv etməyi təklif edib.    

 

Federasiya Şurasının bu gün bu məsələyə dair qərar verəcəyi gözlənilir. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol