• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Gürcüstan vasitəsilə hərbi yüklər daşınmır

XİN: Gürcüstan vasitəsilə hərbi yüklər daşınmır
13.10.2020 15:12
"Gürcüstan vasitəsilə hərbi yüklərin tranziti həyata keçirilmir”.

Anews.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.

Onun sözlərinə görə, Gürcüstanın hava məkanı vasitəsilə yalnız humanitar və mülki yüklər daşınır, bu da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tam cavab verir.

L.Darsalia deyib ki, Dağlıq Qarabağ bölgəsində eskalasiya baş verən kimi Gürcüstan üzərindən quru və hava yolla həm Azərbaycan, həm də Ermənistana hərbi yüklərin tranziti dayandırılıb: "Gürcüstan humanitar, mülki və kommersiya yükləri ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməkdə davam edir”.

XİN rəsmisi qeyd edib ki, KİV-də Gürcüstan vasitəsilə mülki aviareyslərlə yük daşımalarının həyata keçirilməsinə dair informasiyalarla bağlı manipulyasiyalar güclənib: "Konkret yük daşıyıcısı və yük sahibi beynəlxalq hüququn normalarına tam riayət etməli və humanitar dəhlizlərdən sui-istifadə etməməlidir. Hər hansı bir pozuntu və əsaslı sübutlar olarsa, Gürcüstan müvafiq qaydada cavab verəcək. Qanun pozucuları beynəlxalq hüquq, həmçinin ICAO qarşısında məsuliyyətə cəlb olunacaqlar”. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol