Gürcüstanda son sutkada 1 709 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda son sutkada koronavirusa 1 709 yeni yoluxma faktı təsdiqlənib, 2 075 nəfər sağalıb, 20 pasiyent isə vəfat edib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 35 567-yə çatıb. Sağalanların sayı 16 907, vəfat edənlərin sayı isə 273 olub.
www.anews.az
























